Bakının mərkəzi küçəsində qəza hərəkəti tam dayandırdı - FOTO

Bakının mərkəzi küçəsində qəza hərəkəti tam dayandırdı - FOTO
Bakının Heydər Əliyev prospekti köməkçi yolda hərəkət tam olaraq dayanıb. 

Sfera.az bildirir ki, bununla bağlı Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Bildirilib ki, buna səbəb şəhər istiqamətində köməkçi yolda yol nəqliyyat hadisəsi baş verməsidir. 

Hadisə səbəbindən bütün ekspress və müntəzəm xətt avtobusları şəhər istiqamətində hərəkət edə bilməyib.
 
Hazırda Heydər Əliyev prospektində qəza baş verən hissədə yük avtomobili kənara çəkilib. Hərəkət qismən bərpa olunub. Yolda sıxlıq var.


OXŞAR XƏBƏRLƏR