Bakının mərkəzində keçirilən daha bir yürüş başa çatdı - YENİLƏNİB
11:41 / 15.09.2021
697
Bakının işğaldan azad edilməsi münasibətilə Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən başlayan yürüş başa çatıb.
Sfera.az xəbər verir ki, İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-"AzNeft” dairəsi marşrutu ilə davam edən yürüş Bəhram Gurun heykəlinin önündə yekunlaşıb.
10:35
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda hərbçilərin daha bir yürüşü başlayıb.
Sfera.az xəbər verir ki, tədbirə Şəhidlər xiyabanında Türk şəhidləri abidəsinin önündən start verilib.
Azərbaycan və Türkiyə ordusunun bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyublar.
Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.
"Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında keçirilən yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-"AzNeft” dairəsi-Bəhram Gur heykəli marşrutu ilə davam edəcək.
(report)