Bakının İrəvana “qış hücumu” – Ekspert düşməni yollarda necə zəiflədəcəyimizin detallarını açıqladı
15:44 / 14.09.2021
2784
"Ermənistanın
xarici çıxışı üçün iki əsas yolu var. Birincisi, Lars yoludur. Hansı ki, bu həm
də Rusiya-Ermənistan tranzit yoludur. İkincisi isə Gorus-Qafan yoludur. Bu da
İran-Ermənistan tranzit yoludur. Ermənistanın Rusiya səfirliyindəki gömrük
attaşesi Aram Tananyan bildirir ki, bu gündən başlayaraq Lars yolunda növbələr
yaranıb”.
Sfera.az
xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı Gorus-Qafan yolunun Azərbaycandan
keçən hissəsində qurulan Azərbaycan polis postundan sonra bu ölkədə yaşanan nəqliyyat
böhranı haqda danışarkın deyib.
Onun
sözlərinə görə, qış fəslində Lars yolu keçilməz olur və TIR-lar günlərlə yolda
qalır:
"Qış
fəsli yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşəcək: üzüm, naringi kimi meyvə
yüklərinin artacağı gözlənilir. Bu məhsullar tez xarab olduğu üçün ünvana vaxtında
çatmaq uğrunda əsl mübarizə başlayacaq. Beləliklə, Ermənistan-Rusiya arasındakı
daşımalar tıxanacaq. Lars
yoluna alternativ yolun 2023-cü ildən tez başa çatması gözlənilmir.
A.Nərmanlıya
görə, Azərbaycanın Gorus-Qafan yolu strategiyasının daha uzaqmənzilli hədəfləri
var:
"Avqust
ayında yol iki günlük bağlananda strateji hədəfin İrəvanı çətin vəziyyətə
salmaq və Bakının tələbləri ilə razılaşmağa məcbur etmək olduğunu yazmışdıq. Rusiya
və İrana çıxışı risk altına düşən Ermənistan üçün xilas qərb istiqamətində -
Türkiyəyə çıxışın təmin edilməsidir: Ankaradan İrəvana müsbət siqnalların gəlməsi,
Paşinyanın "müsbət cavab verəcəyik” açıqlamaları da təsadüfi deyil.
Beləliklə,
Ermənistan üçün çətin qış gəlir. Belə qış həm də Xankəndidəki ermənilər üçün
hazırlanır.
Ermənistan
iqtisadiyyatının çətin vəziyyətə düşməsi Qarabağdakı ermənilər üçün də çətinlik
yaradacaq. Rusiya və İrandan yük daşımalarında problemlərin yaranması durumu həlledilməz
vəziyyətə salır, Xankəndidə rabitə əlaqəsində, su təminatında, mənzil və iş məsələsində
problemlər var; Şuşa stansiyasından verilən elektrik enerjisində problemlər
yarana bilər və s.
Turan
Rzayev