Bakının Heydər Əliyev prospektində bordür inşa edilib - VİDEO

Bakının Heydər Əliyev prospektində bordür inşa edilib - VİDEO
Bakı Nəqliyyat Agentliyinin (BNA) təklifi ilə paytaxtın Heydər Əliyev prospektinin əsas yolunun "Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib.

Bu barədə Sfera.az-a BNA-dan bildirilib.

Məlumata görə, ayırıcı bordürün inşasında məqsəd prospektin bu hissəsində baş verən yol nəqliyyat hadisələri zamanı ölüm və xəsarət alma risklərinin minimuma endirilməsidir. 2019-2021-ci illər ərzində Heydər Əliyev prospekti "Bağırov” körpüsü adlanan hissədə ciddi fəsadlara yol açan 11 nəqliyyat hadisəsi baş verib.


OXŞAR XƏBƏRLƏR