No Image
No Image

Bakının bu ünvanında evlər plana düşdü - Sakinlərə 3 min manata qədər pul təklif edildi

Bakının bu ünvanında evlər plana düşdü - Sakinlərə 3 min manata qədər pul təklif edildi
Bakının Yasamal rayonunda plana düşən mənzillərin söküntüsünə başlanılacaq.

Sfera.az xəbər verir ki, Space TV və 125 saylı məktəbin yaxınlığında, əsasən Ələsgər Ələkbərov və Mikayıl Müşviq küçələrinə düşən evlərin sökülüb, yerində yeni yaşayış binalarının tikintisi planlaşdırılır. Hazırda evlərin sakinləri ilə danışıqlar aparılır.

Sakinlərə evlərinin əvəzinə yeni binadan mənzillər və yaxud pul təklif olunur. Sakinlər bildirirlər ki, özəl tikinti şirkətinin nümayəndələri onlarla danışıqlar aparıb. Danışıqlarda sakinlərə mənzilin kvadratına görə 1500-3000 manat arası pul təklif olunur.

Yasamal rayon İcra Hakimiyyətindən BAKU.WS-ə bildirilib ki, işləri özəl şirkət həyata keçirəcək. İşlər sakinlərin könüllü razılaşması əsasında həyata keçiriləcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən müvafiq sərəncamları və icazələri var.

Qiymətləri həmin özəl şirkət müəyyən edir. Lakin çalışırlar ki, sakinlərə artıq kvadratlı evlərin verilməsinə üstünlük verilir.

Şirkət ailələrlə fərdi qaydada razılaşma əldə edir və müqavilələr də fərdi qaydada bağlanılır. Razılaşmaya görə, ya sakinlərə pul verilir, yaxud da evlərinin yerində yeni binadan mənzillər verilir. Vətəndaşların kirayə haqqı, daşınma üçün lazım olan vəsait və digər xərclər özəl şirkət tərəfindən ödənilir.

Sökülən binanın yerində yeni bina tikiləndən sonra vətəndaşlara hazırkı mənzillərinin sahəsindən çox kvadratlı yeni mənzillər verilir. // BAKU.WS
Sehliyali

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda karantin rejimi ilə bağlı QƏRAR VERİLƏCƏK

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti brifinqi keçiriləcək.   Sfera.az xəbər verir ki, saat 12:00-da keçiriləcək brifinq...

Operativ Qərargah məlumat yaydı - Brifinq olacaq

Sabah Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi keçiriləcək. Sfera.az xəbər verir ki, brifinq saat 12:00-a təyin edilib....

Qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyəti bərpa oluna bilər? - Deputat AÇIQLADI

"Hələlik heç bir ölkədə və eləcə də elmi araşdırmalarda qeyri-iş günlərində və eləcə də həftəsonlarında ictimai nəqliyyatın işləməməsinin yoluxma sayına təsirlə...

İkinci doza qəbulunda fərqli vaksin vurdurmaq olar? - TƏBİB-dən açıqlama

Ölkəmizdə koronavirusla mübarizə məqsədi ilə yeni peyvəndlərin tətbiqinə başlanması vətəndaşlar arasında bəzi suallar yaradıb. Məsələn, sual olunur ki, birinci ...

Azərbaycanda “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

Bu gündən ilkin olaraq 60 yaş və daha yuxarı şəxslər "COVID-19” xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərənin Oxford universitetinin istehsalı olan "Vaxzev...

Cəmil Həsənlinin qızı ilə bağlı cinayət işi başlandı

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənlinin şəxsi həyatına müdaxilə ilə əlaqədar cinayət işi başlanıb.  Sfera.az xəbər verir ki, bu ba...