No Image
No Image

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - VİDEO

Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq - VİDEO
İyunun 20-i paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sfera.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi xəbər yayıb.

Qurumun əməkdaşı Araz Əsgərli bildirib ki, həmin gün paytaxt Bakıda futbol üzrə Avropa çempionatının 3-cü oyunu keçiriləcəyindən hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi yollar bağlanacaq.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, oyun gunu azarkeslərin Bakı Olimpiya Stadionuna şəxsi nəqliyyat vasitəsilə girişi qadağandır.

Agentliyin mətbuat katibi Mais Ağayevin sözlərinə görə, stadiona gələrkən şəxsi nəqliyyat vasitələrindən istifadə edənlər diqqətli olsunlar. Çünki Bakı Olimpiya Stadionu ətrafındakı küçələrdə və prospektlərdə qadağan olunan ərazilərdə park edilən avtomobillər Məhəmməd Füzuli və Mirzəağa Əliyev küçələri arasında yerləşən yeraltı avtomobil dayanacağına daşınacaq.

Bildirilib ki, ötən oyunlar zamanı bəzi azarkeşlər avtomobillərini Bakı Olimpiya Stadionu ətrafındakı küçə və prospektlərdə qadağan olunan ərazilərdə park ediblər. Bu da ərazidə nəqliyyatın sıxlığına səbəb olub. Nəticədə Heydər Əliyev və Ziya Bünyadov prospektlərindən keçən avtobusların hərəkət intervalında yubanmalar yaranıb. Xüsusilə avtobusların "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzinə giriş-çıxışında çətinliklər müşahidə olunub.
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Xankəndində təyyarə səsi eşidən ermənilər qorxuya düşdü: “Azərbaycan Ordusu gəlib...” -VİDEO

Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Azərbaycan ərazilərində yaşayan ermənilər arasında güclü panika hökm sürür. Buna səbəb sosial şəbəkələrdə yayıl...

Azərbaycanlı yanğınsöndürən: “Türk qardaşlarımız üçün əlimizdən gələni edirik” - VİDEO

Türkiyənin Marmaris rayonunda baş verən meşə yanğınının söndürülməsinə dəstək olmaq üçün Azərbaycandan yollanan 40 nəfərlik axtarış-xilasetmə və yanğınsöndürmə ...

Ermənilərdən yenicə geri aldığımız yüksəkliklər - VİDEO

Azərbaycan Ordusunun ermənilərdən geri aldığı yeni yüksəkliklərin görüntüləri yayılıb. Sfera.az xəbər verir ki, əsgərlərimiz həmin ərazilərin videosunu çə...

Əbülfəs Qarayevdən xəbərsiz milyonları necə mənimsəmək olardı?

Hazırda iki müavini milyonluq yeyintiyə görə həbsdə olan Mədəniyyət Nazirliyində yarım milyon manatdan çox yeni mənimsəmə faktı aşkarlanıb. Sfera.az xəbər...

Narkotik maddə qəbul edən sürücülər saxlanılıb - REYD – VİDEO

Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidmətinin əməkdaşları Bakı-Şamaxı, Bakı-Quba yolunun müxtəlif hissələrində reydlər keçirib. Sfera.az xəbər ver...

Mal bazarında bayramqabağı vəziyyət nə yerdədir? - VİDEO

Tovuz və Ucarda heyvan bazarında qiymətlər qalxıb. Qurban bayramı ilə əlaqədər xüsusilə xırdabuynuzlu heyvanların satışında həm canlanma müşahidə olunur, həm də...