“Bakılı Oğlanlar”ın 30 yaşı tamam olur – İlqar Nəbiyevdən təbrik paylaşımı
Maqazin
12:33 / 01.04.2021
1455
Məşhur "Bakılı Oğlanlar” ("Parni iz Baku”) komandasının
üzvlərindən biri, hazırda Milli Məclisin protokol sektorunun müdiri olan, eyni
zamanda müxtəlif yumoristik layihələr hazırlayan aktyor İlqar Nəbiyev şəxsi
Facebook səhifəsində doğma komandasını 30 illik yubiley münasibətilə təbrik
edib.
Sfera.az aktyorun təbrik mesajını izləyicilərinə
təqdim edir:
"Bu gün 1992-ci ildə çempion, 1993-cü ildə
vitse-çempion, 1995-ci ildə keçirilən yay kubokunun qalibi olan və nəhayət
2000-ci ildə XX əsrin ən yaxşı komandaları sırasında birincilik qazanan biz
"Bakılı Oğlanlar”ın 30 yaşı tamam olur!
P.S. İmzalarımız olan plakat satılmır.
Selcan
Sfera.az