Bakıdan insanlar bu şərtlərlə bölgələrə buraxılsın - EKSPERT

Bakıdan insanlar bu şərtlərlə bölgələrə buraxılsın - EKSPERT
 Sərt karantin rejimində polislərin üzərinə çox böyük məsuliyyət və yük düşür. Müşahidə etmişəm və bilirəm ki, hazırda onlar nə qədər ağır yükü çiyinlərində daşıyırlar.

Bu sözləri axar.az-a açıqlamasında ekspert Aslan Əsədov deyib. O bildirib ki, həm polislərin yükünü azaltmaq, həm də yoluxmanın qarşısını almaq üçün Bakıdakı sıxlığı azaltmaq çox yaxşı olardı:

"Hazırda yay fəslidir və insanlar rayonlara getmək, təmiz hava almaq istəyir. Nəzərə alsaq ki, təmiz hava insanlara həm psixoloji baxımdan çox müsbət təsir edir, həm də onların sağlamlığı üçün vacibdir, onda bölgələrə getmək istəyənlərə şərait yaratmaq lazımdır. Bunun üçünsə həmin insanlardan koronavirus testinin nəticəsi tələb edilə bilər. Əgər nəticəsi neqativdirsə, həmin şəxslərin rayonlardan birinə bəlli müddətə getməsinə icazə verilsin. Seçdiyi bölgəyə gələn şəxs və ya ailə isə dərhal sahə müvəkkilinə müraciət edərək, qeydə alınsın və müşahidə altına düşsün.

Beləliklə, həm sağlam şəxslərin bölgədə məskunlaşma və təmiz havada olma arzusunu reallaşdıra, həm də Bakıda sıxlığı aradan qaldırmaqla, yoluxmanı minimuma endirə bilərik”.

Ekspert qeyd edib ki, rayona getmək istəyənlərə konkret müddət qoyulmalıdır:

"Həmin şəxs koronavirus testindən keçibsə və nəticəsi neqativdirsə, rayona getdiyi halda, məsələn, 14 gündən və yaxud bir aydan tez qayıtmasına da imkan verilməməlidir. Çünki əks halda insanların sürətli yerdəyişmələri, xüsusilə şənbə-bazar günləri rayonlara üz tutmaları əlavə problem yarada bilər.

Test nəticəsi neqativ çıxanlara sərt karantin elan olunmayan rayonlarda sosial məsafəni gözləmək, ciddi gigiyena qaydalarına əməl etməklə istirahət imkanları da yaradıla bilər.

Hesab edirəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu təklifi müzakirə edə bilər”.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...