Bakıdakı uşaq bağçalarına qəbul elektron qaydaya keçir - BU TARİXDƏN

Bakıdakı uşaq bağçalarına qəbul elektron qaydaya keçir - BU TARİXDƏN
Ölkə başçısının dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq, Bakı şəhərinin məktəbəqədər tərbiyə müəssisələrinə uşaq qəbuluna dair elektron xidmətin yaradılması sahəsində işlər başa çatdırılıb.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Sfera.az-a bildirib ki, avqustun 2-dən etibarən paytaxtın məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunun elektron qaydada aparılmasına start veriləcək.

Onun sözlərinə görə, pilot layihə kimi seçilən Nizami rayonunda bütün hazırlıq və təşkilati işlər başa çatıb: "Artıq valideynlər evdən çıxmadan, elektron qaydada bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək, övladlarını paytaxtın uşaq bağçalarına qeydiyyata saldıra biləcəklər. Elektron qəbul sistemi iş prosesində qarşıya çıxan nöqsanların təhlili, rəylər və təkliflər əsasında təkmilləşdiriləcək. Sisteminin tətbiqi Nizami rayonunda pilot layihənin gerçəkləşdirilməsindən sonra paytaxtın digər rayonlarında da mərhələli şəkildə həyata keçiriləcək. Elektron qəbul sistemi ilə yanaşı təlim – tərbiyə prosesində yeni, innovativ yanaşmanın tədbiq olunması üzərində işlər gedir. Bu barədə yaxın zamanda daha ətraflı açıqlama veriləcək".

Aparat rəhbəri BŞİH-in digər xidmət sahələrində də elektronlaşmanın və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını bildirib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Bakıda məktəb direktorundan rüsvayçı çıxış - VİDEO

Bakıda məktəb direktorlarından birinin sosial şəbəkədə çıxışı yayılıb. Sfera.az xəbər verir ki, şagird və valideynlərin qarşısında çıxış edən direktor 27 senty...

Universitetlərə yeni MƏHDUDİYYƏT QOYULACAQ

Ali və orta ixtisas təhsil müəssiələrində müəyyən məhdudiyyətlər nəzərdə tutulur və bu məhdudiyyətlərdən biri də ondan ibarətdir ki, auditoriyanın 70 faizindən ...

Təhsil Nazirliyindən yeni qərar - Müddət uzadıldı

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək...

Universitetlərdə bu dərslərin onlayn keçirilməsi təklif olundu - RƏSMİ

"Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Biz aidiyyəti ali təhsil müəssi...

Deputat özəl məktəb sahiblərini tənqid etdi: “Bu milləti bir az da siz sevin”

"Vəzifədən böyük pullar qazanan şəxslərin bir qismi bizneslə məşğul olub şirkətlər açanda birdən yadlarına düşdü ki, orta məktəb də yaxşı gəlir gətirir. Özü d...

Məktəblilərin qayğılı şənbəsi – İctimai nəqliyyat yoxdur, amma dərsə getmək lazımdır...

Hazırda müəllimləri də, şagirdləri də düşündürən əsas məsələlərdən biri 6 günlük dərs rejiminin necə təşkil edilməsidir. Yəni bəzi məktəblərdə dərslər 5 deyil...