“Bakıdakı qələbə yürüşü koronavirusa yoluxmanı artıracaq”

“Bakıdakı qələbə yürüşü koronavirusa yoluxmanı artıracaq”
"Dünənki hadisələr, paytaxt əhalisinin qələbə yürüşü əhalinin idarəolunmaz prosesləridir. Polislər belə baş verənləri nizamlamaqda çətinlik çəkirdi. Hətta komendant saatı da pozuldu".

Sfera.az xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla dünən baş verən hadisələrdən sonra virusun necə yayılacağı haqqında danışarkən deyib.

O qeyd edib ki, dünən heç bir karantin qaydasına əməl edilməməsi, insanlar arasında fiziki məsafənin gözlənilməməsi, maska taxılmaması, əllərin hər yerə sürtülməsi və s. yoluxma potensialını artıracaq və yaxın 2 həftədə bu artımı müşahidə edəcəyik:

"Artıq döyüş əməliyyatları dayanıb və insanlar əsasən qapalı məkanlarda karantin qaydalarına ciddi əməl etməlidirlər".

Professor bildirib ki, nədənsə son vaxtlar koronavirus məsələləri xeyli arxa plana keçib, halbuki bunu qətiyyən unutmaq olmaz:

"Operativ Qərargah ciddi şəkildə öz işini davam etdirməlidir. Tədbirlərin artırılması, intensivləşdirilməsi öz həllini tapmalıdır. Biz hələ ikinci cəbhə olan koronavirusla mübarizəni dayandırmamışıq. İnsanlar bunu unutmamamlıdır".

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...