Bakıdakı dəhşətli yol qəzası ilə bağlı yeni faktlar – Mahmud bu universitetin tələbəsidir

Bakıdakı dəhşətli yol qəzası ilə bağlı yeni faktlar – Mahmud bu universitetin tələbəsidir
Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarında hava limanı yolunun Mərdəkan istiqamətində hərəkətdə olan yük avtomobili aeroport yolunda 171 nömrəli sərnişin avtobusuna çırpılıb. Baş verən hadisə nəticəsində 5 nəfər həyatını itirib, 25 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb ki, yaralılardan bəzilərinin vəziyyəti çox ağırdır.

Sfera.az  publika.az-a istinadla xəbər verir ki, sərnişin avtobusuna çırpılan "Mercedes” markalı, 99 DH 343 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Qobustan rayonunun Ərəbşalbaş kəndindən olan 2002-ci il təvəllüdlü Əzizov Mahmud Babagözəl oğlu Bakı Mühəndislik Universitetinin (keçmiş "Qafqaz”) tələbəsidir.
 
3-cü kurs tələsəbi olan Mahmud gecə saatlarında yaşadığı kənddən yola çıxaraq Bakı şəhərinin Buzovna qəsəbəsinə quru ot gətirirmiş. Belə ki, onun qardaşları Buzovna qəsəbəsində yaşayırlar və iribuynuzlu heyvan saxlayırlar. Bu səbəbdən də o, gecə saatlarında qardaşlarının təsərrüfatı üçün yük gətirib.

Hadisədən dərhal sonra polis tərəfindən saxlanılan Mahmud ilkin ifadəsində gecə yol gəldiyini və bir anlıq yuxuladığını deyib.

Həmçinin məlum olub ki, hadisəni törədən 19 yaşlı oğlan körpə olarkən anasını itirib. Onu və 2 qardaşını məktəbdə idman müəllimi işləyən atası böyüdüb. Ailə kənddə müsbət xarakterizə olunur.

Qeyd edək ki, Mahmud Əzizov hadisədən sonra saxlanılıb və məhkəmə onun həbs edilməsinə qərar verib. Fakta görə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş açılıb.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Beriyanın nasistləri tora salmaq üçün seçdiyi 100 fahişənin acı taleyi – Onlar niyə güllələnib?

Stalinin hakimiyyəti dövründə sonsuz səlahiyyətlərə malik olan Lavrenti Beriyanın təşəbbüslərinin əksəri Kreml məmurları tərəfindən birmənalı olaraq qəbul edi...

Son 13 ildə selfi çəkdirərkən həyatını itirənlərin sayı açıqlanıb – Hindistan liderdir

İspaniyada aparılan epidemioloji araşdırma nəticəsində məlum olub ki, 2008-ci ildən etibarən dünyada 379 nəfər selfi çəkərkən həyatını itirib. Sfera.az...

Bakıda vəfat edən 37 yaşlı müəllimənin FOTOLARI

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin Məktəbəqədər təhsilin pedaqogikası kafedrasının müəllimi, 37 yaşlı Şəhla Kazımbəyli ...

“Eşkiya dünya hükümdar olmaz” niyə YAYIMLANMADI? - SƏBƏB

Türkiyədə yayımlanan məşhur serial "Eşkiya dünya hükümdar olmaz” serialının yeni sezon bölümünün yayımı dayandırıldı. Sfera.az yerli mətbuata istinadən bi...

1075 il iş alan Adnan Oktarın həbsxanadan görüntüsü yayıldı - FOTO

1075 il həbs cəzası alan Adnan Oktar həbsxanada imicini dəyişib.    Sfera.az  Türkiyə mediasına istinadən xəbər verir ki, cinayət təşkilatı yar...

Meyiti ortadaykən baş katibin məxfi portfelini kim oğurlayıb? – Qorbaçov hakimiyyət olimpinə doğru...

Sfera.az SSRİ-nin ən qalmaqallı liderlərindən olan Mixail Qorbaçovun hakimiyyətə gəlişinin təfərrüatlarını təqdim edir.   1980-ci illərin əvvəllərində L...