Bakıda yük maşını işıq dirəyinə çırpıldı
20:21 / 08.02.2021
2198
Bakı şəhərinin Səbail rayonunda "Hyundai” markalı yük maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.
Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Onlar sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.