Hadİsə

Bakıda yol qəzası tıxaca səbəb oldu

Bakıda yol qəzası tıxaca səbəb oldu
 Bakıda yol qəzası baş verib.

Sfera.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Həsən Əliyev prospektindəki tuneldə "10-BY-448” dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil "90-LK-266” dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili arxadan vurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Qəza yerinə DYP əməkdaşları və təxliyə maşını gəlib. Qeyd edək ki, hadisə ilə əlaqədar ərazidə tıxac yaranıb. Hazırda tıxacın aradan qaldırılması istiqamətində işlər görülür. (report)

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930