Bakıda yol polisləri gənc oğlanı zorla maşına mindirdilər — VİDEO

Bakıda yol polisləri gənc oğlanı zorla maşına mindirdilər — VİDEO
 

Bakının Ziya Bünyadov prospektində yol polisi gənc yaşlı oğlanı zorla YPX avtomobilinə əyləşdirir. 


Sfera.az  xəbər verir ki, YPX əməkdaşının bu hərəkətini əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. 


Görüntülərdən də aydın olur ki, 99-YP-266 dövlət nömrə nişanlı partul avtomobilində xidmət aparan əməkdaşlar güc tətbiq edərək gənci maşına əyləşdirməyə çalışırlar. 


Sözügedən polislərin Nərimanov DYPŞ əməkdaşları olduğu deyilir. 


Hadisənin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.

 



OXŞAR XƏBƏRLƏR