Bakıda yol polisinə silahlı hücum olub

Bakıda yol polisinə silahlı hücum olub
 

Bıçaqla yol polisi əməkdaşına xəsarət yetirmək istəyən sürücünün zərərsizləşdirilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi məlumat yayıb.

Sfera.az-a daxil olan məlumatda deyilir:

"31.01.2020-ci ildə saat 10:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun paytaxtın Qaradağ rayonu ərazisindən keçən 68-ci kilometrində qabaq şüşəsinə sayrışan işıqlar quraşdırıldığına görə YPX inspektorları tərəfindən saxlanılan "Reanault Tondar” markalı, 99-UD-071 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Seyidzadə Mirsamir Mirhəşim oğlu əməkdaşların qanuni tələblərinə qəsdən tabe olmayaraq əlindəki bıçaqla polis əməkdaşına xəsarət yetirməyə cəhd edib, lakin YPX inspektoru polis baş serjantı Anar İbrahimovun cəld hərəkəti və çevikliyi nəticəsində zərərsizləşdirilərək istifadə etmək istədiyi soyuq silahla birlikdə istintaq orqanlarına təhvil verilib".


OXŞAR XƏBƏRLƏR

Mbappe rekord qırdı - 43-cü qol! 

PSJ-nin hücumçusu Kilian Mbappe bir mövsümdə qol vurmaq üzrə şəxsi rekorda imza atıb.   Sfera.az bildirir ki, Fransa çempionatının 29-cu turunun &ld...

Qida çatışmazlığından əziyyət çəkən insanların sayı artıb - HESABAT

Birləşmiş Millətlər Təşkilatı və 16 digər humanitar təşkilatın dərc etdiyi hesabata görə, 2023-cü ildə dünyada ərzaq təhlükəsizliyi daha da pisləşib və bu vəziy...

Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri BAŞA ÇATDI

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri aprelin 25-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövl...

Azərbaycan və Qırğızıstan prezidentləri birgə NAHAR ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də birgə nahar ediblər.   Sfera.az xəbər verir ki, b...

İtkin düşən məşhur modelin cəsədi TAPILDI - FOTO

Bir ildir itkin düşən taylandlı model Kaikan Kaennakamın cəsədi Bəhreyndə morqda tapılıb.   Sfera.az xəbər verir ki, 2023-cü ilin aprelindən ax...

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil GÖNDƏRDİ

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib.   Sfera.az...