Bakıda yeni açılacaq metro stansiyasına “Qarabağ” adı veriləcək? - Açıqlama

Bakıda yeni açılacaq metro stansiyasına “Qarabağ” adı veriləcək? - Açıqlama
 

Ceyhun Səlimov küçəsində, Hərbi Hospitalın qarşısında inşa olunan yeni metro stansiyasının 2020-ci ilin sonlarında istifadəyə verilməsi planlaşdırılır.

Sfera.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, stansiyada inşaat işlərinin əhəmiyyətli hissəsi yerinə yetirilib:

"Stansiyanın şərti adı B-03-dür. Yəni "Bənövşəyi xətt”in üçüncü stansiyası. Bu stansiya "Avtovağzal”- "Memar Əcəmi” stansiyanın davamı olaraq istifadəyə veriləcək. Burada yol metro tarixində ilk dəfə olaraq dəmir-beton bloklardan qurulub. Bu bloklar Bakı Metropoliteninin özünün istehsalı olan bloklardır. Taxta şpallarla müqayisədə bu bloklar daha uzunömürlü, səmərəli, keyfiyyətli, qulluğu və istismarı asan, mürəkkəb hidrogeoloji şəraitə davamlıdır. Bundan başqa stansiyanın arxasında dönmə kamerası da inşa olunur və orada da yol infrastrukturu qurulub”.

QSC rəsmisi metro stansiyasının inşasına bir neçə ildir başlanmasına baxmayaraq, hələ də işlərin yekunlaşmamasına aydınlıq gətirib:

"Metro tikintisi ümumiyyətlə digər inşaat işlərindən çox fərqlənir. Xüsusən də Bakının mürəkkəb geoloji, hidrogeoloji şəraitində nəzərə alınmalı məsələlər çox olur. Əlbəttə, yeni texnologiyaların, müasir üsulların tətbiqi ilə bu prosesə yenilik edilir. Bundan başqa, metro tikintisi ixtisaslı və təcrübəli kadrlar da tələb edir. Normativlər, standartlar, hər məsələ üzrə texniki tələblər və sair bu kimi amillər daim diqqətdə və nəzarətdə olmalıdır.