Bakıda villa qiymətinə samovar satılır - ŞOK MƏBLƏĞ
00:14 / 27.05.2021
4837
Bakıda rekord qiymətə samovar satılır.
Sfera.az-ın xəbərinə görə, elan saytlarının birində yerləşdirilən qədim samovara 350 min manat qiymət qoyulub.
Qədim Tula samovarı olan antik əşya 1899-cu ildə istehsal olunub. Üzərində medallar olan samovar indiyədək nə ustaya göstərilib, nə də üzərində dəyişiklik edilib.