Bakıda vəhşilik: Keçmiş həyat yoldaşını övladının gözü önündə vəhşicəsinə öldürdü - FOTOLAR/VİDEO

Bakıda vəhşilik: Keçmiş həyat yoldaşını övladının gözü önündə vəhşicəsinə öldürdü - FOTOLAR/VİDEO
Keçmiş həyat yoldaşını övladının gözü önündə öldürən şəxs Xosrov Məmmədova 17 il həbs cəzası verilib.

Sfera.az  xəbər verir ki, 2018-ci il oktyabrın 6-sı səhər saatlarında DİN "102” xidmətinə zəng edən Bakı şəhər sakini Xosrov Məmmədov Qaraçuxur qəsəbəsində keçmiş arvadı Əfsanə Məmmədovanı öldürməsi barədə məlumat verib.

Aidiyyəti üzrə hadisə yerinə Suraxanı RPİ 32-ci polis bölməsi və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. Rafik Alıcanov küçəsi, 3 ünvanında qadın meyiti, yanında 1 ədəd bıçaq aşkar edilib. Qətli törədən Xosrov Məmmədov polis əməkdaşlarına təslim olub.

Suraxanı rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 33 yaşlı Əfsanə Məmmədova bədən səthində 17 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilib.

DİN-n alınmış tələbnaməyə əsasən, Xosrov Məmmədov 2014-cü il iyulun 11-də Xətai rayon Мəhkəməsinin hökmü ilə CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilinib 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

İstintaqla müəyyən edilib ki, Xosrov Məmmədov Xətai rayon məhkəməsinin 11 аprel 2017-ci il tarixli qərarı ilə rəsmi nikahlarına xitam verilmiş, lakin qarşılıqlı razılıq əsasında NZS qəsəbəsi, Süleyman Əhmədov küçəsi, 6 ünvanında birgə ailə kimi yaşadıqları Əfsanə Məmmədovanın, ona spirtli içki qəbul edib əsas olmadan mübahisə yaratmasını, işləməyərək ailəyə maddi köməklik göstərmədiyini irad bildirməsini bəhanə edərək 2018-ci ilin may ayından başlayaraq müxtəlif vaxtlarda mütəmadi döyməklə və sair zorakı hərəkətlərlə qadına güclü fiziki ağrı və psixi iztirablar verib.

Axırıncı dəfə sentyabrın 15-i saat 17 radələrində ondan ayrılaraq Xətai rayonu, Abbas Səhhət küçəsi, 7 ünvanında kirayəşin yaşayan Əfsanə Məmmədovanın evinə gələrək qapını döyüb. Keçmiş arvadının etiraz etməsinə baxmayaraq, giriş qapısının üstündən aşmaqla, həyətə daxil olub və qadını döyərək bel, sol said və sol əlin sıyrıqları kimi, sağlamlığına dərəcələri təyin edilməyən xəsarətlər yetirib.

Bundan başqa, Xosrov Məmmədov Əfsanə Məmmədovanın sentyabrın 25-də Xətai RPİ-nin 37-ci polis şöbəsinə onun tərəfindən zorlanmağa cəhd edilməsi barədə şikayət etməsinə görə qisas almaq, eləcə də qadının Xətai rayon İcra və Probasiya şöbəsinə müraciəti əsasında yaranmış 7100 manat məbləğində alimenti verməkdən boyun qaçırmaq niyyətilə onu öldürmək qərarına gəlib.

Oktyabrın 6-ı səhər saat 9 radələrində keçmiş arvadının xadimə kimi işlədiyi Qaraçuxur qəsəbəsi, Nizami İsmayılov küçəsi 101 ünvanında yerləşən evə gələcəyini əvvəlcədən bildiyi üçün yaxınlıqda yerləşən avtobus dayanacağında pusquda dayanıb. Lakin Əfsanə Məmmədova əyləşmiş olduğu avtobusdan onu, o isə qadını görüb.

Bu səbəbdən sonuncu dayanacaqdan təxminən 150 metr aralıda düşüb, sürətlə ordan uzaqlaşmağa çalışsa da, Xosrov Məmmədov arxasınca gedib saat 10:30-da Rafik Alıcanov küçəsi, 3 ünvanının qarşısında yolunu kəsib. 2005-ci il təvəllüdlü qızının gözləri qarşısında, Əfsanə Məmmədovanın saçından tutub, yerə yıxıb. Qadının onu öldürməməsi üçün etdiyi yalvarışlarına məhəl qoymadan, qəddarlıqla, bıçaqla zərbələr vuraraq zərərçəkmişi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edib.

İş üzrə dindirilmiş Xosrov Məmmədov bildirib ki, Əfsanəni alimentdən yayınmaq məqsədi ilə öldürməyib. Onun sözlərinə görə keçmiş həyat yoldaşını ondan prokurorluğa etmiş olduğu şikayətə görə qətlə yeritib.

Xosrov Məmmədov CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.5 (tamah məqsədi ilə qəsdən adam öldürmə), 133.1 (mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar vermə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə təqsirləndirilərək, bakı Ağır Cinayətlər Məhkəməsinin hökümü ilə 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 

(baku tv)

OXŞAR XƏBƏRLƏR

“Bu layihə Azərbaycan üçün çox faydalı olacaq” - Deputat 

Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələri...

Aprelin 21-də 46 mindən çox şagird buraxılış imtahanı verəcək

Aprelin 21-də Bakı şəhərinin Xəzər, (II zona), Nizami və Pirallahı rayonlarında, Naxçıvan MR, Sumqayıt (II zona), Naftalan, Abşeron (II zona), Göygöl, Goranboy,...

Tatarıstanlı iş adamları sənaye zonalarına investisiya yatırmağa DƏVƏT OLUNDU

Rusiyanın Tatarıstan bölgəsinin iş adamları Azərbaycanın sənaye zonalarında yaradılmış biznes imkanlarından yararlanmağa dəvət edilib.   Sfera.az&nbs...

Paşinyandan Əskipara sakinlərinə: "Yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, orada..."

“Biz istəyirik ki, Azərbaycanın Ermənistanla sərhəd kəndlərinə yaxınlığı sakinləri narahat etməsin”.   Sfera.az bildirir ki, bunu Ermənis...

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qur...

Dünən ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.   Sfera.az bildirir ki, bu barədə Tren...