Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina etdi - AÇIQLAMA

Bakıda valideynlər uşaqlarını məktəbə göndərməkdən imtina etdi  - AÇIQLAMA
Yasamal rayonunda fəaliyyət göstərən Mikayıl Müşfiq adına 18 saylı orta məktəbin 5-ci sinif şagirdlərinin valideynləri övladlarını yeni dərs ilində məktəbə göndərməkdən imtina edib.

Bildirilib ki, buna səbəb məktəb rəhbərliyinin qərarı ilə onların dərs saatının dəyişdirilməsidir.

Sfera.az-ın məlumatına görə, məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, məktəblərdə siniflərin növbələri müəyyənləşdirilərkən Pedaqoji şura tərəfindən məktəbin iş rejimi, şəraiti və sinif otaqlarının sayı nəzərə alınaraq qərar verilir:

"Sanitar-epidemioloji vəziyyətlə əlaqədar yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə zəruri ehtiyac olan təhsil müəssisələrində tədrisin ikinövbəli şəkildə həyata keçirilməsi xüsusilə aktualdır.

Mövcud sıxlığın qarşısını almaq və tədrisin normal təşkili məqsədilə dərslərin ikinövbəli təşkili zərurətdən irəli gələn seçimdir və ənənəvi olaraq dünya praktikasında da tətbiq edilir”.

"Xüsusilə indiki pandemiya şəraitində bu, ilk növbədə şagirdlərin sağlamlığı və pedaqoji kollektivin müvafiq qaydalara daha dolğun əməl etməsinə şərait yaratmaq məqsədlərinə xidmət edir.

Dövlət tərəfindən təhsilverənlərin və təhsilalanların sağlamlıqlarının qorunmasına yönəlmiş tədbirlərə valideynlər və ictimaiyyət də dəstək verməlidir”, - deyə idarədən əlavə edilib.

Məktəbdən saytımıza bildirilib ki, 2021-2022-ci tədris ilində 18 nömrəli tam orta məktəbdə 5 "a”, 5 "b”, 5 "c”, 5 "ç”, 5 "d”, 5 "e” olmaqla, 6 beşinci sinif fəaliyyət göstərir:

"Məktəbdə bütün V siniflər II növbəyə keçirilib. Buna səbəb şagird sayının artması və sinif otaqlarının çatışmamasıdır.

Eyni zamanda, V siniflər ümumi orta təhsil səviyyəsində (Azərbaycan bölməsində 25 saat, rus bölməsində 27 saat) ən az dərs yükü olan sinif olduğu üçün II növbəyə məhz həmin siniflərin keçirilməsi məqsədəmüvafiq hesab edilib.

Qeyd edək ki, 5 "c” sinfində təhsil alan şagirdlərin valideynləri ilə müvafiq söhbətlər aparırıq. Sinifdəki şagirdlərdən 24-ü dərslərdə iştirak edir”.

"Məktəbdaxili nizamlamaya uyğun olaraq, qeyd edilən sinif şagirdlərinin növbəti tədris ilindən I növbədə təhsil alacağı gözlənilir. Valideynlərin yuxarıda qeyd edilən səbəbləri nəzərə alaraq, məsələyə anlayışla yanaşacağına inanırıq”, - deyə qeyd edilib.

OXŞAR XƏBƏRLƏR

Cavanşir Məmmədovla vida mərasimi BAŞA ÇATDI -YENİLƏNDİ

Əməkdar artıst Cavanşir Məmmədovla vida mərasimi başa çatıb.   Sfera.az xəbər verir ki, mərasim mərhumun yaşadığı evdə baş tutub.   Vida m...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...

Türkiyə XİN: "Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir"

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında əldə olunan razılıq sülh sazişi üçün mühüm töhfədir.   Sfera.az xəbər verir ki, bu barədə Türk...

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...