Bakıda torpaq bahalaşıb - VIDEO

Bakıda torpaq bahalaşıb - VIDEO
Paytaxt Bakının torpaq bazarında bahalaşma müşahidə edilir.

Sfera.az xəbər verir ki, bunu əmlak eksperti Ramil Qasımzadə deyib.

O bildirib ki, bahalaşma Nizami, Nərimanov və Nəsimi rayonlarında daha qabarıq formada qeydə alınıb. Bu rayonlarda 1 sot torpaq ötən illə müqayisədə 15-20 faiz bahalaşıb.

Qaradağ və Sabunçu rayonlarında isə bahalaşma elə də yüksək deyil. Sözügedən rayonlarda qiymət artımı torpaq sahəsinin yerləşdiyi əraziyə görə qeydə alınıb.

Əmlak eksperti qeyd edib ki, qiymət artımı bazara çıxarılan torpaq sahələrinin həcmi ilə bağlıdır.

R.Qasımzadə əlavə edib ki, qiymətlərdə müşahidə edilən bahalaşma mövsümi xarakter daşıyır.

OXŞAR XƏBƏRLƏR

Tovuz camaatı düşmənlə sərhəddə axışdı – POLİS İŞƏ QARIŞDI

İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ilə sərhəddə yaşanan insidentdən sonra bir qrup rayon sakini ordumuza dəstək məqsədi ...

“Qəhrəman övladlarımız, qollarınıza qüvvət!” - Deputatdan döyüşlərə reaksiya

  "Müdafiə Nazirliyimizin verdiyi rəsmi məlumata görə, işğalçı Ermənistan Tovuz rayonu istiqamətindən təxribat törədərək ağır artilleriyadan mövqelərimizi...

DİQQƏT! İyulun 18-dək… – XƏBƏRDARLIQ

 Ötən gün ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində Kiçik Qafqaz dağlarından axan Zəyəmçay, Kürəkçay və Dəstəfürçay çaylarında  sululuğun art...

Azərbaycanda daha 520 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər vəfat edib

 Azərbaycanda COVID-19-a daha 520 yeni yoluxma qeydə alınıb, 486 nəfər sağalıb, 8 nəfər vəfat edib. Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabin...

Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır?

 Bakıda yol nəqliyyat hadisələrində ölənlərin sayını azaldan səbəblər hansılardır? Azərbaycanda 2018-ci illə müqayisədə 2019-cu ildə yol nəqliyyat ha...

SON DƏQİQƏ! Daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

 İmişli Rayon Mərkəzi Poçt Şöbəsinin rəisi Adəm Səfərov koronavirusa yoluxub. Sfera.az xəbər verir ki, onun COVID-19 testinin nəticəsi müsbət olub. ...