No Image
No Image

Bakıda telefon və motosiklet oğruları ələ keçdi - VİDEO

Bakıda telefon və motosiklet oğruları ələ keçdi - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Bakıda mağazadan 10 min manatlıq telefonlar və motosikletlər oğurlayan şəxslərin videogörüntülərini yayıb.

DİN-in Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10 000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə "Yamaha” və "Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. A.Yusifov və K.Xasıyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə, habelə DİN-in "102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.


Turan Bank

OXŞAR XƏBƏRLƏR

Rövşən Əkbərov haqqında qərar verildi

Bakı Hərbi Məhkəməsində həbsdə olan sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun barəsindəki həbs qəti imkan tədbirinin ev dustaqlı...

Azərbaycanda daha bir intihar - Özünü asdı

Qəbələ rayonunda intihar hadisəsi baş verib. Sfera.az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Solqıca kəndində qeydə alınıb. Belə ki, ...

Alışqan tapança ilə lombarda basqın edən gəncə 9 il cəza kəsildi

Bakının Nizami rayonunda yerləşən lombardın işçisi qarət etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində quldurlu...

Rus milliyyətçi azərbaycanlı tələbəni öldürdüyünü etiraf etdi

Azərbaycanlı tələbə Timur Qavrilovun öldürməkdə ittiham olunan Rusiyanın Volqoqrad vilayətinin 22 yaşlı sakini Vitali Vasilyevin məhkəməsinin ilk iclası keçiril...

Rüşvətə görə həbs edilən icra başçısının əmlakına HƏBS QOYULDU

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı olmuş Ceyhun Cəfərov və digər vəzifəli şəxslərin ciinayət işinin ibtidai istintaqı zamanı vurulan maddi ziyanın bir h...

Əlillik dərəcəsi vədi ilə dələduzluq edən şəxs saxlanıldı

Ağsu rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin ...