Bakıda tədris mərkəzindən 7 min manat pul oğurlanıb
13:27 / 24.10.2020
1302
Bakıda tədris mərkəzindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının oğurluq etdiyinə görə tutulmuş A. Həsənovun ətrafında apardıqları əməliyyat tədbirləri ilə onun oktyabrın 23-nə keçən gecə rayon ərazində yerləşən tədris mərkəzlərinin birindən 7 043 manat pul oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.