Bakıda tatu etdirən qadın qaşsız qaldı

Bakıda tatu etdirən qadın qaşsız qaldı
 

Bakıda tatu etdirən qadın xəsarət alıb.

Sfera.az bildirir ki,  hadisə Nərimanov rayonunda yerləşən "Tatu” salonunda qeydə alınıb.

Salona müraciət edən 35 yaşlı S.Ə. qaşlarına tatu etdirmək istədiyini deyib. Bu xidmətin müqabilində o, 700 manat ödəniş edib.

Salonda tatuajçı işləyən Fərid adlı şəxs qadının qaşlarına xəsarət yetirərək yararsız hala salıb.

Qadın polisə şikayət edib, fakt araşdırılır.


OXŞAR XƏBƏRLƏR