Bakıda sürüşmə zamanı torpağın altında qalan maşın çıxarıldı - Bu vəziyyətdədir - VİDEO

Bakıda sürüşmə zamanı torpağın altında qalan maşın çıxarıldı - Bu vəziyyətdədir - VİDEO
Bakının Səbail rayonunda sürüşmə nəticəsində torpaq altında qalan avtomobil bu gün çıxarılıb.

Bu barədə  AZXEBER.COM-a avtomobilin sahibi Fərrux Qasımzadə deyib. O bildirib ki, sürüşmə nəticəsində "Mercedes E Class” markalı avtomobil yararsız hala düşüb.
 

Qeyd edək ki, hadisə noyabrın 25-i səhər saat 5-6 radələrində baş verib. Həmin yolda bir zolaq üzrə təxminən 100 metr uzunluğunda sürüşmə olub. Bu zaman aşağıda yerləşən Bakı buxtası küçəsində park vəziyyətdə olan avtomobilin bir hissəsi sürüşmə nəticəsində torpağın altında qalıb.
 
Avtomobilin videosunu təqdim edirik:
 
Sfera.az
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR