Bakıda sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? - VİDEO

Bakıda sürücüsü söyüş söyən “AA” seriyalı avtomobil kimindir? - VİDEO
 Bakıda "qoçuluq” edərək, təhqir və təhdid yağdıran "AA” seriyalı avtomobilin sürücüsünün hərəkətləri kameraya düşüb.

Sfera.az avtosfer.az-a istinadən xəbər verir ki, videonu qeydə alan sürücü iyunun 5-də idarə etdiyi avtomobillə Abdulvahab Salamzadə küçəsində hərəkətdə olarkən 90-AA-582 qeydiyyat nişanlı "Mercedes” markalı maşının sürücüsü təhlükəsizlik adacığının üzərindən keçərək onun qarşısını kəsib.

Videonu qeydə alan sürücü ona imkan verməyərək, öz zolağı üzrə hərəkət etməyə başlayıb.

Hərəkətinə yol verilməməsinə əsəbiləşən 90-AA-582 qeydiyyat nişanlı avtomobilin sürücüsü həmin maşının sürücüsünə "lotusan sən?”, "səninlə görüşəcəyəm” deyərək, ardınca nalayiq ifadələr işlətməyə başlayıb.

Bu azmış kimi, daha sonra avtomobilin qarşısına keçib hərəkət sürətini azaldaraq, həmin sürücünün hərəkətinə qəsdən mane olmağa çalışıb.

Qeyd edək ki, 90-AA-582 qeydiyyat nişanlı avtomobil "İxtisaslaşmış Avtomobillərin Qiymətləndirilməsi və Hərracı MMC”yə aiddir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qurumları ikitərəfli əməkdaşlığı MÜZAKİRƏ ETDİ

Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa Regional Sosial Təminat Forumu (Portuqaliya) çərçivəsində Azərbaycan, Türkiyə və Moldovanın sosial müdafiə qur...

Dünən ağır qəzaya düşən aparıcı Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir.   Sfera.az bildirir ki, bu barədə Tren...

Prezidentdən Anar Axundovla bağlı SƏRƏNCAM - FOTO

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.   Sfera.az xəbər verir ki, bu vəzifə Anar Axundova...

Kayrat Sarıbay: "Xəzəryanı dövlətlər iqlim dəyişikliyinə qarşı mübarizədə iştirak edirlər"

Beynəlxalq ictimaiyyət iqlim dəyişikliyi problemlərini kollektiv şəkildə həll etməlidir və onunla mübarizədə böyük təcrübəyə malik olan Asiyada Qarşılıqlı Fəali...

Sumqayıt qatarını DAŞA BASDILAR: Hadisəni törədən azyaşlılar imiş - VİDEO

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıt şəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daş atılması nəticəsində vaqonun qapı...

Zelenski Qərbdən TƏLƏB ETDİ: “Ruslar irəliləyir, bizi silah-sursatla təmin edin!" 

“Ruslar cəbhədə bizə ciddi təzyiq göstərirlər və tədricən irəli gedirlər”.   Sfera.az “TASS” istinadən xəbər verir ki, bunu U...