Bakıda sürücünün qarşısını kəsmək istəyənlər saxlanıldı - VİDEO

Bakıda sürücünün qarşısını kəsmək istəyənlər saxlanıldı - VİDEO
İyunun 26-da Bakıda ötmə əməliyyatı edən sürücünün qarşısını zorla kəsməyə çalışanlar saxlanılıb. 

Sfera.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi,  polis polkovniki Vaqif Əsədov bildirib ki,  iyunun 26-da 90 RH 063 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Mehman Cəfərov və 90 LN 084 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Beyrək Vəliyev kənar dairəvi yol ilə hərəkətdə olarkən işıq cizahlarından düzgün istifadə etməyərək digər nəqliyyat vasitələrinə maneə yaradıblar.

Bu barədə sosial şəbəkələrdə yayılmış görüntülər yol polisi tərəfindən araşdırılıb və sürücülər İdarəyə dəvət olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 327.1-ci maddələri ilə müvafiq qaydada barələrində protokol tərtib olunub.

Xatırladaq ki, videgörüntünü qeydə alan sürücü sosial şəbəkədə iki avtomobilin onun hərəkətdə olduğu maşının qarşısının zorla kəsməyə çalışdığını yazmışdı. ""Məni sıxıb saxlatmaq istəyirdilər ki, döysünlər. Məcburən əllərindən qaçıb körpüyə çıxdım. Arxamca gəldiklərini gördüm. Qaça bilmək üçün bütöv xəttin tələbini pozub istiqaməti dəyişdim”, - deyə sürücü qeyd etmişdi. 

(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Aprelin bütün sosial ödənişləri yekunlaşdı

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Fonddan Sfera.az...

792-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 792-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliy...

"Ford Mustanq"la avtoxuliqanlıq edən sürücü həbs olundu

Bakının Sabunçu rayonu ərazisində "Ford Mustanq" markalı avtomobillə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu ...

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz etdi

Azərbaycanın Milli Məclisi 2024-cü il aprelin 25-də Avropa Parlamentinin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq ...

Sərhəddə görülən işlərlə bağlı yeni - AÇIQLAMA

Azərbaycan ilə Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il aprelin 25-d...

Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI

Azərbaycan Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2024-cü ilin may ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb.   Sfera.az ...