Bakıda şübhəli suriyalı peyda olub - FOTO

Bakıda şübhəli suriyalı peyda olub - FOTO
Polisdən xəbərdarlıq
 
Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar yayılıb.

Bununla bağlı feysbukda "Hamam Times” səhifəsi fotolar da paylaşıb. Həmin şübhəli şəxsə aid fotolar paytaxt otelləri, avtovağzal və bir sıra mühüm ictimai obyektlərə yapışdırılıb. Muhammed Ahmet adlı şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub.

"Qafqazinfo” faktla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Əldə etdiyimiz məlumata görə, Hələbdən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar doğrudur. Hazırda bu ehtimalın həqiqəti əks etdirib- etdirməməsi araşdırılır. 

Mənbəmiz onu da qeyd edib ki, Azərbaycanda son günlər təhlükəsizlik tədbirləri üst səviyyədə həyata keçirilir. Bu sadəcə İstanbulda baş verən terror olayı ilə əlaqəli deyil. Belə ki, bayram günləri ilə bağlı ölkəyə turist axınının artması və əhalinin ictimai yerlərdə sıxlığı nəzərə alınaraq hüquq-mühafizə orqanları ayıq-sayıq xidmət həyata keçirirlər. Hazırda ictimai təhlükəsizlik tam nəzarət altındadır. Yüngül narahatlıq yaradacaq heç bir səbəb yoxdur.


OXŞAR XƏBƏRLƏR

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə da...

Almaniya bu şəhərlərə uçuşları qadağan etdi

Almaniya aprelin 30-dək İranın paytaxtı Tehran və Livanın paytaxtı Beyruta uçuşların ləğv edildiyini açıqlayıb.   Sfera.az xəbər verir ki, ...

Zelenskiyə sui-qəsd hazırlamaq istəyən şəxs saxlanıldı

Rusiya kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən və Prezident Volodimir Zelenskiyə sui-qəsd etmək istəyən yerli sakin Polşada saxlanılıb. Sfera.az xəbər ...

Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı

Azərbaycan boksçusu Malik Həsənov Serbiyanın paytaxtı Belqradda start götürən Avropa çempionatına qələbə ilə başlayıb.   Federasiyanın Mətbuat Xidmət...

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib. Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsin...

Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək

Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...