Bakıda sərxoş sürücü ilə polis arasında insident - ANBAAN VİDEO

Bakıda sərxoş sürücü ilə polis arasında insident - ANBAAN VİDEO
Bakıda polislə sürücü arasında insident baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtomobilinə mindirməyə çalışması əks olunub.

Məsələ barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi ilə əlaqə saxladıq.

Sfera.az bildirir ki, darənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 10-UL-419 dövlət qeydiyyat nişanlı "Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elmin Şinası oğlu idarəetdiyi maşınla üç-dörd avtomobilə zərər vurub:

"İnzibati Xəttalar Məcəlləsinin 327.1, 327.2, 333.1.3 maddələri və 342.2 bəndi üzrə yol hərəkət qaydalarını kobud şəkildə pozub.

İlkin məlumata görə, şəxs alkoqol və narkotik maddənin təsiri altında olub. Buna görə də ekspertizaya aparılmaqdan imtina edib və polisin əmrinə tabe olmayıb”.

O qeyd edib ki, sözügedən şəxs polis tərəfindən təqib edilməyib:

"Kameralara baxış zamanı müəyyən olunub ki, E.Rüstəmov 20 yanvar dairəsinə gələnə kimi bir neçə dəfə qaydaları pozub və xidmətdə olan polis əməkdaşı onu saxlayıb. Heç bir zor tətbiq edilməyib. Sürücü barədə toplanan matreallar Yasamal Rayon Məhkəməsinə təqdim edilib”. (baku.ws)
 

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Kəlbəcərdə faciə: Sürücünün üzərinə qaya düşdü - VİDEO

Kəlbəcərdə ekskavatorun üzərinə qaya parçaları düşüb. Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən bildirilib ki, sentyabrın 26-da Kəlbəcər rayonunun Zar ...

Azərbaycanda koronavirusa yoluxan birinci sinif şagirdi vəfat etdi

Koronavirus daha bir can alıb. Bu dəfə virusun qurbanı azyaşlı məktəbli olub. Sfera.az  İTV-yə istinadən xəbər verir ki, Sabunçu rayonu Kürdəxanı qəs...

Bakıda "Prado" polisi vurub öldürdü - HADİSƏ ANI

Bakıda polis əməkdaşının vurulduğu ağır yol qəzasının görüntüləri yayılıb. Sfera.az  lent.az-a istinadən xəbər verir ki, hadisə ötən il paytaxtın Hey...

Azərbaycanda ŞOK OLAY: Avtobusda qadının yerinə pul verən kişi onunla evlənməyə məcbur edildi +VİDEO

Azərbaycanda şok hadisə baş verib. Sfera.az  xəbər verir ki, Bakı-Göyçay avtobusunda qadının yerinə pul verən kişi daha sonra onunla evlənməyə məcbur...

19 yaşlı sürücünün qəzadan sonra DYP əməkdaşlarına ilk sözü bu olub - VİDEO

"Hadisə səhər saat 6:50 radələrində Suraxanı dairəsi yaxınlığında baş verib. İlkin ehtimal sürücünün sükan arxasında yuxulamasıdır". Sfera.az baku.ws-ə is...

Bakıda sərxoş sürücü ilə polis arasında insident - ANBAAN VİDEO

Bakıda polislə sürücü arasında insident baş verib. Bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Videoda bir neçə polis əməkdaşının sürücünü zorla YPX avtom...