No Image
No Image

Bakıda sərnişin avtobusu qəzaya uğradı, xəsarət alan var - FOTO

Bakıda sərnişin avtobusu qəzaya uğradı, xəsarət alan var - FOTO
Bakının Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Sfera.az xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində qeydə alınıb.

"Bakubus” MMC-yə məxsus 13 nömrəli marşut avtobusu dayanacaqda dayanıb. Bu zaman yüksək sürətlə hərəkətdə olan "Hyundai” markalı avtomobil sərnişin avtobusuna çırpılıb. Qəza nəticəsində minik avtomobilinin sürücüsü ağır bədən xəsarəti alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR