Bakıda sərnişin avtobusu ilə maşın toqquşdu - Sürücü yaralandı
21:54 / 11.01.2022
2140
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Sfera.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayonu Məhəmməd Xiyabani küçəsində "Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 39 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daşıyıcının verdiyi məlumata görə, hadisə "Ətçilər bazarı” adlanan ərazidə baş verib.
99 JZ 710 DQN-li avtobus işıqfordan keçən zaman qırmızı işıqdan keçən "Toyota Prius" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən heç kim xəsarət almayıb. Minik avtomobilin sürücüsünün yüngül xəsarət aldığı bildirilir.