Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında HƏBS EDİLDİ

Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında HƏBS EDİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq etməkdə təqsirləndirilən F.Quliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sfera.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il müdətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq, həbs qətimkan tədbiri seçilib və F.Quliyeva məhkəmə iclas zalında həbs edilib.

Zərərçəkmişin mülki iddiası qismən (55 660 manat) təmin olunub.

İttiham aktına əsasən, hadisə 2018-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisində baş verib. Belə ki, F.Quliyeva qonşusu M.Abbasovun evindən ümumilikdə 79 450 manatlıq oğurluq edib.

Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadın saxlanılaraq istintaqa cəlb edilib.

Məhkəmədə ifadə verən F.Quliyeva özünü təqsirli bilmədiyini deyib.

Xatırladaq ki, təqsirləndirilən qadının atası T.Qənbərov daha əvvəl daxili işlər orqanlarında çalışıb.

OXŞAR XƏBƏRLƏR

Paşinyan: "İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər"

İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər.   Sfera.az xəbər verir ki, bunu Ermənistan baş nazir...

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana GƏLƏCƏK

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək.   Sfera.az xəbər veri...

Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə GÖRÜŞDÜ

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Bankının Baş İdarəçi Direktoru Aksel van Trotsenburq və Dünya Bankını...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Sabah Azərbaycanda havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.   B...

Azərbaycan neftinin qiyməti 89 dollara ÇATDI

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,31 ABŞ dolları, yaxud 0,4 % artaraq 88,82&nbs...

Bakıda dəhşətli QƏTL - Sevgilisini öldürdü, sonra... - TƏFƏRRÜAT

Aprelin 20-də saat 6 radələrində Xətai rayonu ərazisində 2002-ci il təvəllüdlü Elnarə Cabbarovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. ...