Bakıda "Volvo" yandı, “Bentley” əridi

Bakıda "Volvo" yandı, “Bentley” əridi

Bakıda iki avtomobildə yanğın baş verib.

Sfera.az FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Yasamal rayonunda sahibi 

məlum olmayan "Volvo" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. 

Hadisə zamanı yaxınlıqda olan vətəndaşa məxsus "Bentley" markalı minik avtomobilinin 

arxa hissəsi yüksək temperaturdan əriyib. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR