Bakıda qəza sıxlıq yaratdı - FOTO
23:40 / 30.07.2021
2539
Bakının Sabunçu rayonu ərazisində, Böyük Şor şosesində yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev "Facebook" səhifəsində məlumat yayıb.
"Hazırda metronun "Koroğlu" stansiyasından Sabunçu yol qovşağı istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlıq H.Əliyev prospektinin bu hissəsində baş verən yol nəqliyyat hadisəsi səbəbindən yaranıb", - deyə M.Ağayev yazıb.