Bakıda qəza oldu, tıxac yarandı
12:20 / 22.11.2019
1518
Bakıda qəza sıxlığa səbəb olub.
Sfera.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən "Yeni Sabah"a verilən məlumata görə, Heydər Əliyev prospektində (Dövlət Neft Fondu binası yaxınlığında) əsas yolda "Koroğlu” metro stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib.
Bu səbəbdən də, hazırda hadisə baş verən hissəyədək hər iki istiqamətdə sıxlıq müşahidə olunur.