Bakıda qeyri-adi toy: 1920-ci il, caz, dress kod... - GÖRÜNTÜLƏR

Bakıda qeyri-adi toy: 1920-ci il, caz, dress kod... - GÖRÜNTÜLƏR

Bakıda maraqlı və fərqli toy baş tutub. Bu ay paytaxt restoranlarının birində ailə həyatı quran ‎Graeme və Vüsalə Vaughan qeyri-adi toy təşkil ediblər. Ənənəvi toy məclislərdən fərqlənən mərasimdə cütlük 1920-ci illərin ab-havasını yaradıblar. Bu barədə Aile.lent.az-a danışan gəlin Vüsalə xanım bildirib ki, fərqli toy etmək ideyası onun və həyat yoldaşının caza olan sevgisindən yaranıb: "Hər ikimiz cazı çox sevirik. Cazın da ən çox inkişaf etdiyi dövr 20-ci illərə təsadüf edir. Caza olan sevgimizdən belə qərara gəldik ki, elə toyumuz da cazla zəngin və 20-ci illərin ab-havası, əhval-ruhiyyəsində olsun”.

 

Vüsalə və Graemenin toyunda restoranın dizaynı və tərtibatından tutmuş, qonaqların geyimi və saç düzümlərinə qədər hər bir detal 20-ci illərə uyğun olub. Fərqli toyun xərci də çox olmayıb: "Dəvətnamədə dress-kod olduğunu qeyd etmişdik. Heç kim də buna etiraz etmədi. Gəlinliyi modelyer Zümrüd Mirzəliyeva xüsusi olaraq mənim üçün tikdi. Rəfiqələrimlə də birlikdə alış-veriş etdik, onların geyimini seçdik. Çox çətin olmadı, əsasən saç düzümü, aksessuarlar, ayaqqabılarla 20-ci illərin dəbini əks etdirməyə çalışdıq. Məkanı da özümüz bəzədik. Şəkil çəkdirmək üçün xüsusi guşə də yaradılmışdı. Sadəcə olaraq dekorasiyaya bir az pul xərclədik. Demək olar ki, adi toylarla sərf edilən pul qədər maliyyə xərclədik”.

 

Cütlüyün toyunda da əsasən caz musiqiləri üstünlük təşkil edib. Məclisdə tanınmış müğənnilər Təranə Mahmudova, İlqar Xəyal, Fuad Əsədov, DJ İlqar Sky, saksafon ifaçısı İlham Nəcəfov çıxış edib. Toydan xüsusi anları rejissor Oktay Namazovun komandası videolentə alıb. Fotolar Elturan Məmmədova məxsusdur.

 








OXŞAR XƏBƏRLƏR

Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım: "Bu xəbər yalan..." - FOTO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədov bu gün 70 yaşında dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, nəvəsi Rəfiqə onunla bağlı pa...

Hüququ şəxslərə dair yeni tələb müəyyənləşir

Hüququ şəxslərin nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinə, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının ...

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a VERİLDİ

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti “BakuBus” MMC tərəfindən həyata keçiriləcək.   Bu barədə Sf...

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

Keniya Respublikasının nümayəndə heyətinin yaxın günlərdə ölkəmizə səfəri planlaşdırılır.   Sfera.az xəbər verir ki, Azərbaycanın Keniyadakı səfiri S...

Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq

Azərbaycanın COP29-a hazırlığı 25-26 aprel tarixlərində Berlində keçiriləcək 15-ci Petersberq İqlim Dialoqu çərçivəsində müzakirə olunacaq.   Sfera.a...

Ermənistan baş naziri: "Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər"

Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər.   Sfera.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan baş naz...