Bakıda qardaş bacısını BIÇAQLADI
23:00 / 17.06.2021
2541
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Əkbərli Elnurə Səbri qızı küçədə qardaşının hücumuna məruz qalıb. Qardaşı onun üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
(apa.az)