Bakıda qadınlara qarşı cinayət törədən ŞƏXS TUTULDU
15:31 / 26.03.2021
1455
Bakıda qadınlara qarşı cinayət törədən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 14-də Bakı şəhər sakinləri olan A.Xudayevaya məxsus, içərisində 2400 manat, bankomat kartları və sənədlər olan pul kisəsini, fevralın 28-də isə E.Şərifovaya məxsus içərisində 1000 manat, 200 ABŞ dolları və sənədlər olan çantanı oğurlamaqda şübhəli bilinən N.Seyidov saxlanılıb.
Araşdırma aparılır.