Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı

Bakıda qadınlar uşaqları ilə birlikdə yolu bağladı
Bakının Yasamal rayonunda vətəndaşlar maşın yolunu kəsiblər.

Sfera.az xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, qadınlar və uşaqlardan ibarət ailə üzvləri "20 yanvar" stansiyası yaxınlığında, üzü Tbilisi istiqamətində yolu bağlayıblar.

Fotodan da göründüyü kimi 5 qadın və uşaqlar yolu bağlayıb.

Ərazidə böyük tıxac yaranıb. Hadisənin səbəbləri bilinmir.

Hadisə ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyətindən bildirdilər ki, məsələ ilə əlaqədar rəhbərliyə məruza ediləcək. Araşdırmalardan sonra vətəndaşların nə səbəbə etiraz etdikləri məlum olacaq.

Hadisənin görüntülərini təqdim edirik.

OXŞAR XƏBƏRLƏR