Bakıda qadın piyada yol qəzasının qurbanı oldu

Bakıda qadın piyada yol qəzasının qurbanı oldu
 

Paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində "Mercedes” markalı avtomobillə piyada vurulub.

Daxili İşlər Nazirliyindən Sfera.az-a  verilən məlumata görə, noyabrın 25-də saat 14 radələrində paytaxtın Nizami rayonunun R.Rüstəmov küçəsində Bakı şəhər sakini M.Quliyev idarə etdiyi "Mercedes” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Güləvər Əhmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR