Bakıda “popkorn” satan uşaqla bağlı - ŞAD XƏBƏR

Bakıda “popkorn” satan uşaqla bağlı - ŞAD XƏBƏR
Bu günlərdə Milli Məclisin deputatı Rasim Musabəyov "Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etiraz edib. Nəticədə həmin "popkorn” satan yeniyetmə keçiddən uzaqlaşdırılıb. Deputatın bu hərəkəti ictimaiyyət tərəfindən böyük narazılıqla qarşılandı. 

 Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Oxu.Az-a bildirib ki, məsələ nəzarətə götürülüb:

"Bir neçə gündür "Azneft” meydanının yaxınlığındakı keçiddə "popkorn” satan yeniyetmə ilə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq.

Aydınlaşdırdıq ki, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX-cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədi rayonunda yaşayır.

Əmək Məcəlləsi hər bir kəsə 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq ona peşə məktəbinə qəbul olunması üçün təklif ediləcək”.

Xatırladaq ki, R.Musabəyov "Azneft” meydanındakı yeraltı keçiddə uşağın popkorn satmasını qınamışdı:

"Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?”

Rasim Musabəyovun əksinə, digər millət vəkili Aydın Mirzəzadə bu yanaşmadan narazı qalaraq "O uşağı oradan aparatı ilə çıxarmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi”,- deyə bildirmişdi.

OXŞAR XƏBƏRLƏR

Ərdoğandan Ermənistana MÜHÜM MESAJ: “Çox açıq danışdıq, Paşinyan da artıq...” 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraq səfərindən qayıdarkən jurnalistlərə müsahibə verib. O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb. &...

Qırğızıstan Prezidenti Füzulidə SƏFƏRDƏDİR

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedb.   Sfera.az xəbər verir ki, Füzuli Beynəlx...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcək.   Sfera.az “ir.voanews.com”a istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar Prezidentin...

"Azərbaycana gələn turistlərin sayı artıb" - Deputat 

Azərbaycana gələn turistlərin sayı bu ilin ilk rübündə 39.2 faiz artaraq 513,5 minə çatıb.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı V...

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri KEÇİRİLİR - VİDEO/FOTO

2024-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanması məqsədilə keçirilən təlimlər dav...

Polis paytaxtda ƏMƏLİYYAT KEÇİRDİ: Saxlanılanlar var - FOTO

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. ...