Bakıda polis əməliyyatı: Daha 45 nəfər saxlanılıb

Bakıda polis əməliyyatı: Daha 45 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı son 15 gün ərzində rayonun Hövsan, Əmircan, Bülbülə, Yeni Günəşli və digər qəsəbələrində həyata keçirdikləri əməliyyatlar zamanı 6 nəfər saxlanılıb.

Sfera.az DİN-ə istinadla bildirir ki, əməliyyatlar zamanı Ramin Əsgərov, İqor Romanov, Yusif Həsənov, Rəhman Cəfərov, Rəşad Hüseynov və Tərlan Abbasov narkotik vasitələrin satışı ilə məşğul olduqları üçün tutularaq istintaqa cəlb ediliblər. Bu şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə, həmçinin satışı qadağan edilən həblər aşkar edilib.

İdarə əməkdaşları tərəfindən həmçinin qeyd edilən dövr ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 39 nəfər saxlanılıb. Bu şəxslərin hər biri barəsində Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Həmçinin idarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar zamanı Yeni Günəşli qəsəbəsində 5 mənzildən oğurluq edən Emin Cəfərov və saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışan Elcan Şahverdiyev saxlanılıb. Sonuncudan 600 manat saxta əskinas aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

“Tofiq Yaqublu özünü maşına vuraraq xəsarətlər yetirib” - Prokurorluqdan açıqlama

Dekabrın 1-də Səbail rayonunda keçirilən aksiyada saxlanılan Milli Şuranın üzvü Tofiq Yaqubluya fiziki təzyiq göstərilməsi ilə bağlı məlumat əsasında başlanan y...

“Azərişığ”ın sabiq baş mühasibi HƏBS EDİLDİ

Keçmiş "Azərişıq” əməkdaşı iki nəfəri işə düzəldəcəyi adı ilə aldadaraq pullarını alıb. Bərdə rayon prokurorluğundan Sfera.az-a verilən məlumata görə, qur...

Jurnalistə 3,6 il həbs cəzası verildi

Bu gün Nəsimi rayon Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun (Xəttab) cinayət işi üzrə məhkə...

Vidadi Muradovun məhkəməsi təxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça” ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun cinayət işi üzrə məhkəmə ...

65 toyda monitorinq keçirildi, 4 nəfər cərimələndi

Yanvarın 17-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərind...

Nazir Əliyevin qətlinin təfərrüaftları: "Lotu Quli"nin qisası?

Kriminal avtoritet Nazir Əliyevin qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.    Sfera.az Qaynarinfo istinadən xəbər verir ki, Nazir Əliyev ö...