Bakıda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər saxlanılıb - VİDEO

Bakıda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər saxlanılıb - VİDEO
Polis əməkdaşları tərəfindən əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Növbəti belə tədbir Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları tərəfindən Lökbatan qəsəbəsində keçirilib. Qəsəbə ərazisindəki ticarət mərkəzlərindən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən paytaxt sakinləri Novruz Əsədov və Eldar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Həmin şəxslərin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Faktlarla bağlı onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

"Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar olunduqda onlar barəsində bundan sonra da ciddi tədbirlər görüləcək", - nazirlikdən bildirilib.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Vətən müharibəsi qazisi Amin Musayevə AĞIR İTKİ - FOTO

Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə ağır yaralanaraq əsir düşmüş, sonra isə geri qaytarılmış Vətən müharibəsi qazisi Amin Musayevə ağır itki üz verib. ...

Bakıda 17 yaşlı qız 9-cu mərtəbədən yıxılaraq öldü

Bakıda 17 yaşlı qız hündürmərtəbəli binadan yıxılaraq ölüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. 2005-ci il təvəllüdlü Nuriyeva Gülnigar Faiq qızı hündü...

“Azərişıq” ASC-nin əməkdaşını cərəyan vurdu, öldü

Salyan Rayon Prokurorluğu "Azərişıq” ASC-nin əməkdaşının ölümü ilə bağlı məlumat yayıb. Bu barədə prokurorluqdan Sfera.az-a məlumat verilib. "Yanvar...

Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verdi

Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı baş verib. Sfera.a...

Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, ...

Bakıda məşhur bankın müdiri vəfat etdi

Azərbaycanda tanınmış bankir vəfat edib. Sfera.az-ın Manset.az-a istinadən məlumata görə, «Muğanbank» ASC-nin Nərimanov rayon filialının müdiri  Rusl...