Bakıda peşəkar dələduz “özümü yandıracam” deyib jurnalistlərə çağırış etdi

Bakıda peşəkar dələduz “özümü yandıracam” deyib jurnalistlərə çağırış etdi
 

Ötən gün sosial şəbəkələrdə Bakıda bir nəfərin özünü Ombudsman Aparatının qarşısında yandıracağı ilə bağlı elan paylaşılıb. Həmin şəxs bütün mətbuat nümayəndələrinə çağırış edərək səhər saat 10:30-da bu intihar hadisəsini işıqlandırmağa çağırıb: "Xahiş edirəm tanıdığınız bütün media nümayəndələrinə, jurnalistlərə bildirəsiniz. İmkanları varsa nümayəndə göndərsinlər, çəkiliş aparsınlar, qoy bütün xalq görsün ki, bu avtoritar rejim mənim başıma nə oyunlar açır”.

Sosial şəbəkələrdə yayılan bu məlumatla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi, polis polkovniki  Ehsan Zahidovla əlaqə saxladıq.O, virtualaz.org-a açıqlamasında həmin paylaşım barəsində məlumatlı olduqlarını və səhər saatlarında Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həmin ünvana getdiklərini dedi. E.Zahidovun bildirdiyinə görə,  polis əməkdaşları elanda göstərilən vaxtda ora yaxınlaşan şəxsi saxlayaraq polis bölməsinə aparıblar.

"Araşdırma zamanı məlum olub ki, həmin şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan 57 yaşlı Mehralı İsgəndərovdur. O, 2012-ci ildə Cinayət Məcəlləsinin iki maddəsi ilə məhkum olunub. Azadlığa çıxdıqdan sonra isə bu il barəsində 178-ci maddə ilə cinayət işi başladılıb və bu dəfə pul cəriməsi ilə azadlığa buraxılıb. O da məlum olub ki, o, öz qohumunu aldadaraq 11 min 500 manat pulunu dələduzluq yolu ilə mənimsəyib. Qohumunun şikayəti əsasında M. İsgəndərova qarşı cinayət işi başladılıb. Lakin cinayət işi bu şəxsin xəstəliyi ilə əlaqədar dayandırılıb”, - E. Zahidov bildirib.

DİN-in mətbuat xidmətinin rəisi həmçinin qeyd edib ki, saxlanılan M. İsgəndərov Abşeron sakini olan qadının  16 min 500 manat pulunu, eləcə də, 8 nəfərin ümumilikdə 45 min 80 manat pulunu və banklardan birinə məxsus 828 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Buna görə həmin şəxs barəsində Abşeron Rayon Məhkəməsində məhkəmə araşdırması aparılır.  

"M. İsgəndərov intihar etmək planını bu problemlərdən yaxa qurtarmaq istəyi ilə izah edib. O, qeyd edib ki, əslində intihar adı ilə mətbuatın diqqətini cəlb etmək, sonra bəzi müxalif qüvvələrə qoşularaq öz əməllərini pərdələmək niyyətində olub. Əslində isə intihar adı altında jurnalistləri öz ətrafına toplamaq istəyən M. İsgəndərovun əlində benzin və ya kibrit də olmayıb. Bu onu göstərir ki, adam heç intihar da etmək istəməyib”, - E. Zahidov qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...