Bakıda paltar asarkən 6-cı mərtəbədən yıxılan 17 yaşlı qız vəfat etdi
17:00 / 04.07.2021
1758
Bakıda 17 yaşlı qız binanın altıncı mərtəbəsindən yıxılaraq ölüb.
Sfera.az xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.
Binanın 6-cı mərtəbəsində paltar asan 2004-cü il təvəllüdlü Məmmədova Aytac Fərid qızı müvazinətini itirib və yerə düşüb.
Ağır durumda olan A. Məmmədova xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.