Bakıda özəl klinikada bakirə qızı “hamilə” çıxartdılar – Nişanlısı şok keçirdi

Bakıda özəl klinikada bakirə qızı “hamilə” çıxartdılar – Nişanlısı şok keçirdi
 

Bakıda "Avrasiya” Hospitala MRT müayinəsi üçün gedən S.B. adlı xanım pasiyentin başına görünməmiş hadisə gəlib.
Bu barədə pasiyentin özü məlumat verib.

O, bildirib ki, ötən gün qarın və kiçik çanaq hissəsində dəhşətli ağrılarla "Sağlam ailə” klinikasına gedərək, orda USM müayinəsindən keçib. Lakin orada ağrıların səbəbini dəqiq tapa bilməyən həkimlər onu "Avrasiya” Hospitala MRT müayinəsinə göndəriblər. Yalnız bu müayinənin dəqiq nəticə göstərəcəyini deyiblər.

Ağrılar içində və həkimlərin də çaşqınlığından qorxan qız təcili olaraq həmin klinikaya gəlib, müayinədən keçib:

"”Sağlam ailə”nin həkimləri göndəriş vərəqində ilkin diaqnoz kimi yumurtalıq kistinin partlaması, qanaması, daxili qanaxma şübhəsi yazmışdılar. Buna baxmayaraq, məni çox baha qiymətə təcili MRT-yə saldılar, cavabı isə 24 saat sonra verdilər.

Ağrıkəsicilərlə birtəhər səhərə kimi gözləmişəm.

Səhər nişanlımla cavabı götürməyə getdik, o dəhşətli, ağlımıza gəlməyən nəticəni eşitdik və şoka düşdük.

Nişanlımın yanında mənə uşaqlıqdan kənar, boru hamiləliyi diaqnozu dedilər. Kağızda "extrogen hamiləlik” yazılmışdı və sual işarəsi qoyulmuşdu. Soruşdum, bu nədir, dedilər, gedin test edin, analiz verin.

Dəfələrlə həkimə dedim ki, bu ola bilməz. Hardan hamilə qala bilərəm, havadan? Axı mən cinsi həyat yaşamıram.
Təsəvvür edin, həmin an nişanlımın vəziyyətini.

Çox böyük dəhşət içində baş həkimin, rəhbərliyin qəbuluna getdim ki etirazımı bildirim, məni içəri buraxmadılar. Orda bir sutkaya 350 manat ödəmişdim, onu tələb etdim. Açıq-aşkar dedilər ki, pulu da vermirik, diaqnoz da budur”.

Nəticədə digər klinikada yenidən USM müayinə olunan xanımda yumurtalıqda ağırlaşmış follekulyar kist aşkar olunub və müalicə yazılıb:

"Bir yanlış diaqnozla mənim bütün sağlamlığım, şəxsi həyatım alt-üst ola bilərdi. O kist partlayardı, qanama güclənərdi… Belə çıxır ki, bunlar boruda olmayan hamiləliyi axtaracaqdılar? Klinikadan ödədiyim pulu geri istəyirəm. Onları məhkəməyə vermək barədə düşünürəm”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal: 14 qol vuruldu

Azərbaycan Kubokunda ən məhsuldar yarımfinal qeydə alınıb.   Sfera.az xəbər verir ki, yarımfinal mərhələsində 14 qol vurulub.    Belə...

Macarıstan Azərbaycanın enerji sektoruna 2 mlrd. dollar YATIRDI

Macarıstanın MOL şirkətinin Azərbaycanın enerji sektoruna investisiyaları 2 milyard dollar təşkil edib.   Sfera.az xəbər verir ki, bunu bu gün Bakıda...

Azərbaycanda ən çox və ən az çörək yeyilən REGİONLAR - SİYAHI

Azərbaycan əhalisi dünyada ən çox çörək və çörək məhsulları istehlak edən xalqlardandır. İl ərzində əhali adambaşına 133 kq çörək və çörək məhsulları istehlak e...

Macarıstan XİN başçısı: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək üçün ciddi səy göstəririk”

Macarıstan Azərbaycanla tərəfdaşlığın inkişafı üçün ciddi səy göstərir.   Sfera.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və ticarət naziri P...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. &nb...

"Bu, Rusiya üçün təhlükədir" - Rəsmi Moskvadan Polşaya SƏRT MESAJ

“NATO-nun Polşadakı nüvə obyektləri Rusiya üçün qanuni hədəfə çevriləcək”.   Sfera.az bildirir ki, bunu Rusiya Federasiyası xarici işlər...