Bakıda ötən il 12 mindən çox cinayət hadisəsi qeydə alınıb

Bakıda ötən il 12 mindən çox cinayət hadisəsi qeydə alınıb
Bakıda ötən il 12 mindən çox cinayət hadisəsi qeydə alınıb.

Sfera.az xəbər verir ki, Bakı şəhər prokurorluğunda keçirilən əməliyyat müşavirəsindəbunu bildirilib ki, ötən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12 761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb:

"Ötən illə müqayisədə 2 252 hadisə, yəni 21,4% artım müşahidə edilib. Ötən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1% artaraq 27 92 hadisə olub, az ağır cinayətlərin sayı 1230 hadisə, yaxud 19,3% artaraq 7 608 hadisə olub, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9% artaraq 2361 hadisə olub".

O qeyd edib ki, keçən il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86.3% olub: "Bu ötən illə müqayisədə 5,4% artıb. Bakı şəhəri ərazisində qeydə alınan 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı ötən il ərzində 1841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınıb ki, artım faizlərinin bu qədər yüksək dinamikayla inkişafı çox narahatedici göstəricidir". 

OXŞAR XƏBƏRLƏR

“Eldar Mahmudovun adından böyük məbləğlərdə pullar tələb edirdi” – MTN işində şok ifadələr

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Y...

Əməliyyat keçirildi - 202 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) mayın 13-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən Sfera.az-...

Sumqayıtda kirayədə qalan qadın niyə öldürülüb? - QONŞULAR DANIŞDI - VİDEO

Ötən gün Sumqayıtda gənc qadın tanışı tərəfindən boğularaq qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xəzər TV sujet hazırlayıb. İlkin araş...

Vilyam Hacıyevin məhkəməsində ŞOK İFADƏ: “Rüşvət yox, rüsum ödəmişəm”

Artıq uzun zamandır ki, İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Sfera.az-ın xəbərinə gö...

“Arvadım "Tik-Tok”da tanış olduğu kişi ilə görüşüb..." - Bakıda dəhşət

Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Vilayət Məmmədovun məhkəmə ifadəsi məlum olub. Sfera.az Pravda.az-a istinadən xəbər verir ki, ...

Sumqayıtda cinayət: qadını boğaraq öldürdü

Mayın 12-də 1997-ci il təvəllüdlü Ayşən Bayramovanın mayın 8-də Sumqayıt şəhəri, 17-ci mikrorayonda kirayə yaşadığı mənzildə öldürülməsi barədə Sumqayıt şəhər p...