No Image
No Image

Bakıda oteldə bıçaqlanan müğənni Aygünlə bağlı RƏSMİ AÇIQLAMA

Bakıda oteldə bıçaqlanan müğənni Aygünlə bağlı RƏSMİ AÇIQLAMA
Nizami Rayon Prokurorluğu Bakıda müğənninin oteldə qətlə yetirilməsi barədə yayılan iddialara münasibət bildirib.

Rayon Prokurorluğundan Sfera.az-a daxil olan məlumatda deyilir ki, qadın yaralıdır:

"İyulun 16-da paytaxtın Nizami rayonunda Aygün Mirzəyevanın çox saylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Əli Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda istintaq davam edir".

Qeyd edək ki, xəsarət alan A.Mirzəyevanın müğənni olduğu bildirilir.
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR

Aylardır döyüldüyünü deyən qadın öldürüldü, 2 nəfər bıçaqlandı

Avqustun 3-ü saat 11 radələrində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində öldürülməsi barədə ...

Bakıda tiryəkxana aşkar edildi, 5 nəfər saxlanıldı

Suraxanı rayonu Bülbülə qəsəbəsində narkotik vasitələrin qəbul edildiyi tiryəkxana aşkar edilib. Daxili İşlər Nazirliyindən Sfera.az-a verilən məluma...

Narkotik alveri ilə məşğul olan ana-bala saxlanıldı - VİDEO

Sabunçu rayonu Ramana qəsəbəsində narkotik vasitələrin və psixotrop maddə olan metamfetamin, yəni "patı”nın satışı ilə məşğul olan 2 nəfər tutulub. Daxili...

Bakıda məktəbdən oğurluq edən şəxs tutuldu

Suraxanı rayonu Dədə Qorqud qəsəbəsində yerləşən orta məktəblərin birində oğurluq olub. Sfera.az-ın məlumatına görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu P...

“İnfiniti” və “Extra” gecə klublarının rəhbərləri həbs olundu

Bakının Nərimanov rayonunda "İnfiniti” və "Extra” gecə klublarında epidemiya əleyhinə və karantin rejimlərinin pozulması halları aşkar olunub. Daxili İşlə...

Cəlilabadda "patı" satanlar saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsind...