No Image
No Image

Bakıda orta məktəbdə yanğın olub

Bakıda orta məktəbdə yanğın olub
Bakıda orta məktəb binasında yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Sfera.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Xətai rayonunda ümumi sahəsi 1 000 m² olan ikimərtəbəli orta məktəb binasının ikinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 12 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Turan Bank
Turan Bank

OXŞAR XƏBƏRLƏR