Bakıda növbəti \"Formula-1\" nə vaxt keçiriləcək? - TARİX
17:11 / 17.09.2021
1072
"Formula-1” üzrə yeni mövsümün – 2022-ci ilin ilkin təqvimi bəlli olub.
Sfera.az xəbər verir ki, bu barədə "Formula-1” üzrə fransalı jurnalist Jo Savar məlumat verib.
Təqvimdə bu dəfə Almaniya və Türkiyə Qran Prisinin olmayacağı dəqiqləşib. Paytaxt Bakıda və Kanadanın Monreal şəhərində keçiriləcək yarışların nə vaxt olacağı qeyri-müəyyəndir. Belə ki, bir həftə ara ilə ardıcıl keçiriləcək bu iki yarış ya 12 iyunda, ya da 19 iyunda baş tutacaq.
"Formula-1” üzrə 2022-ci il təqvimi:
20 mart – Bəhreyn
27 mart – Səudiyyə Ərəbistanı
10 aprel – Asvtraliya
17 aprel – Çin
8 may – ABŞ
21 may – İspaniya
28 may – Monako
12/19 iyun – Kanada/AZƏRBAYCAN
3 iyul – Böyük Britaniya
17/24 iyul – Avstriya
24/31 iyul – Macarıstan
17/31 iyul – Fransa
28 avqust – Belçika
4 sentyabr – Niderland
11 sentyabr – İtaliya
25 sentyabr – Rusiya
9 oktyabr – Sinqapur
16 oktyabr – Yaponiya
30 oktyabr – Meksika
6 noyabr – ABŞ
20 noyabr – Braziliya
4/27 noyabr – BƏƏ
Qeyd edək ki, "Formula-1” üzrə cari mövsümkü yarış Bakıda iyunun 6-da baş tutub. Bu yarışın qalibi Avstriyanın "Red Bull” komandasının meksikalı pilotu Serxio Peres olub.
Oxu.az