AKTUAL

Bakıda nəqliyyat vasitələrinin axını 30% azalıb

Bakıda nəqliyyat vasitələrinin axını 30% azalıb

Bakı Nəqliyyat Agentliyinə məxsus "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-nin aprelin 1-9-da paytaxtın 43 küçə və prospektində apardığı araşdırmalara əsasən, nəqliyyat vasitələrinin axını əvvəlki vaxtlarla müqayisədə təxminən 30% azalıb. 

"Report" xəbər verir ki, bunu Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 

Bununla belə, onun sözlərinə görə, xarici ölkələrin şəhərlərinin təcrübəsində xüsusi karantin günlərində yollarda nəqliyyatın azalması azı 60-70% təşkil edir. 

"Bakıda ən çox azalma aprelin 5-də, ən az azalma isə aprelin 1-də qeydə alınıb. Son iki gündə, yəni aprelin 8-9-da isə nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur", - M.Ağayev əlavə edib. 

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930 
X